Quterreş: "Qəzzada baş verənlər yolverilməzdir"

      Quterreş:    "Qəzzada baş verənlər yolverilməzdir"
  12 Sentyabr 2024    Oxunub:759
BMT-nin Baş katibi Antoniu Quterreş İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada məktəbə aviazərbə endirməsi nəticəsində BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 6 əməkdaşının ölməsinə münasibət bildirib.
Bu barədə özünün "X" hesabında yazan katib vurğulayıb ki, həmin məktəb "12 min qaçqın tərəfindən sığınacaq kimi istifadə edilirdi".
İsrail Qəzzada məktəbi bombalayıb, BMT-nin 6 əməkdaşı ölüb

"Beynəlxalq humanitar hüquqa qarşı belə amansız cinayətlərə dərhal son qoyulmalıdır", - o bildirib.

Xatırladaq ki, hücum zamanı ümumilikdə 18 nəfər (o cümlədən qadınlar və uşaqlar) həyatını itirib, eləcə də 30-dan çox insan xəsarət alıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti