Ankara ABŞ-nin hərəkətindən narazıdır

   Ankara ABŞ-nin hərəkətindən narazıdır
  12 Sentyabr 2024    Oxunub:909
Türkiyənin Xarici İşlər nazirliyi ABŞ və Kipr respublikası (Cənubi Kipr) arasında “İkitərəfli Müdafiə Əməkdaşlığı üzrə yol xəritəsi” sazişinin imzalanmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, rəsmi Ankara bu addımın Şimali Kipr Türk respublikasının təhlükəsizliyinə və Kipr probleminin həlli prsoesinə ziyan vurduğunu Vaşinqtonun bildirib.

“ABŞ və Cənubi Kiprin yunan-kipr administrasiyası arasında müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsinin imzalanmasını pisləyirik. ABŞ hakimiyyətinin türk Kipri tərəfinin təhlükəsizliyinə zərər vuran bu addımları, o cümlədən 2023-cü ilin iyununda yunan-kipr administrasiyası ilə strateji dialoqun elan edilməsi, ABŞ-nin Kipr adasına qarşı mövqeyinin neytrallığına xələl gətirir və Kipr probleminin təsirli, ədalətli və daimi həllini tapmağı çətinləşdirir”, - Türkiyə XİN-in bəyanatında vurğulanır.

Türkiyə XİN ABŞ-nin və Kipr respublikasının regional sabitliyə zərər verə biləcək siyasətlərinə yenidən baxmağı zəruri hesab etdiyini bildirib. Eyni zamanda Türkiyənin qarant dövlət kimi bütün hallarda Kipr türklərinin təhlükəsizliyini və rifahını təmin etmək siyasətini aparacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Vaşinqton və Nikosiya arasında sentyabrın 10-da müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb. Sənədə Kipr respublikasının müdafiə naziri Vasilis Palmas və ABŞ-nin Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selesta Uollander imza atıblar.

- İkitərəfli müdafiə sahəsində əməkdaşlıq üçün bu yol xəritəsi ümumi təhlükəsizlik məqsədlərinə nail olmağa töhfə verir və Kipr-ABŞ əlaqələrinin mükəmməl inkişafını təsdiqləyir”, - Selesta Uollander deyib.

Bu arada Norveçin Ankaraya qarşı müdafiə sənayesində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq qərarına gəldiyi məlum olub.
Bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edən Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Öncü Keçeli Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidanın norveçli həmkarı Espen Bart Eyde ilə telefon danışığı apardığıın yazıb.

“Norveçin Xarici İşlər naziri Eyde Norveçin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərinin ləğvi barədə qərar qəbul olunduğunu açıqlayıb”, - Keçeli bildirib.

Türkiyənin Xarici İşlər nazirliyi Norveçin müvafiq nazirliyinin qərarını alqışlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Norveç  





Xəbər lenti