İran Əfqanıstanla sərhəddə hasarlar çəkir

   İran Əfqanıstanla sərhəddə hasarlar çəkir
  12 Sentyabr 2024    Oxunub:273
İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Kiumərs Heydəri İranın şimal-şərqindəki sərhəd bölgələrinə səfəri zamanı Əfqanıstanla sərhədin təhlükəsizliyinin təmin edilməsi üçün aparılan tikinti işləri ilə tanış olub.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Briqada generalı sərhədyanı əraziləri gəzərək quru qoşunları tərəfindən həyata keçirilən hasarlanma və digər təhlükəsizlik tədbirlərini müşahidə edib.

Heydərinin sözlərinə görə, ordunun quru qoşunları sərhəd layihəsini başa çatdırmaq üçün lazım olan bütün mühəndis resursları ilə təmin olunacaq. İranın şərq sərhədləri boyunca Rəzəvi Xorasan əyalətində 330 kilometrlik layihə dörd mühəndis qrupu tərəfindən həyata keçirilir. Layihə Əfqanıstanla 945 kilometrlik sərhəddə təhlükəsizliyin yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, bir müddət öncə İran Prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qumi rəsmi Tehranın Əfqanıstanla sərhəddə divar hörməyi başa çatdırmaqda qətiyyətli olduğunu bildirmişdi.

İran Pakistanla sərhədə də oxşar divar hörməyi planlaşdırır.

Həmidə İbrahimova
AzVision.az




Teqlər: İran   Əfqanıstan   sərhəd  





Xəbər lenti