Paşinyan itən silahları axtarır

   Paşinyan itən silahları axtarır
  12 Sentyabr 2024    Oxunub:1417
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağda 44 günlük müharibədən sonra çoxlu sayda silahın itdiyini açıqlayıb.
AzVision.az bildirir ki, Paşinyan qeybə çəkilən silahların axtarışı üçün hətta metodologiyanın dəyişdirilməsi ilə bağlı tapşırıq verdiyini də deyib.

“Biz bu məsələni bir neçə dəfə, o cümlədən Təhlükəsizlik Şurası çərçivəsində müzakirə etmişik. Bu mövzuda mən Daxili İşlər nazirinə də tapşırdım ki, qanunsuz silahların axtarışı metodologiyasını dəyişdirsin, çünki əvvəllər istifadə etdiyimiz silahlar yeni təhdidlərə cavab vermir. Onu da deyim ki, biz bu yöndə müəyyən irəliləyişə nail olmuşuq”, - Nikol Paşinyan deyib.

Ermənistanın baş prokuroru Anna Vardapetyan, öz növbəsində, rəhbərlik etdiyi qurumun da qanunsuz silahların könüllü təhvil verilməsi üçün tədbirlər gördüyünü diqqətə çatdırıb. O, xüsusilə vurğulayıb ki, cinayət qanunsuz silahdan istifadə olunmaqla törədilibsə, prokurorluq cəzanın təxirə salınmamasını təmin edir. Vardapetyanın sözlərinə görə, külli miqdarda sursat aşkarlanan hallarda da eyni yanaşma tətbiq olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   silahlar   axtarış  





Xəbər lenti