“Telegram” istintaqla əməkdaşlıq etməyə başlayıb

   “Telegram” istintaqla    əməkdaşlıq    etməyə başlayıb
  12 Sentyabr 2024    Oxunub:1057
“Telegram”ın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra messencer istintaqla əməkdaşlığa və hüquq-mühafizə orqanlarının təmsilçilərinin sorğularına cavab verməyə başlayıb.
Fransanın “Libération” qəzetinin yazdığına görə, “Telegram” Durovun həbsindən sonra hüquqi sorğulara cavab verməyə başlayıb. Söhbət Fransa milli polisinin yetkinlik yaşına çatmayanlarla iş üzrə departamentinin və jandarmının bir neçə cinayət araşdırmasında verdiyi sorğulardan gedir.

Media orqanı qeyd edir ki, messencer uşaqlara qarşı cinayətlərdə bəzi şübhəli şəxslərin müəyyənləşdirilməsinə kömək göstərə biləcək məlumatlar təqdim edib.
Fransanın kiber cinaytlərlə mübarizə şöbəsinin rəhbəri İohanna Brus “qapıların həqiqətən də açıldığını” bildirib.

“Hazırda məlumat israrlı şəkildə “Telegram”la bağlı indiyədək dayandırılmış araşdırmalarını bərpa etməyə çağıran bütün Fransa prokurorluqları arasında yayılır”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Belçikanın federal prokurorluğu “Liberation” nəşrinə bir müddət əvvəl “Telegram”ın öz mövqeyini dəyişərək ədliyyə sistemi ilə əməkdaşlığa başladığını təsdiqləyiblər.

Durov 5 milyon avro girov müqabilində azadlığa buraxıldı
Xatırladaq ki, avqustun 24-də Parisin “Le Burje” aeroportunda saxlanılan Pavel Durov altı cinayətdə, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham olunur. O, habelə uşaq pornoqrafiyasının yayılmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsində və dələduzluqda iştirakda günahlandırılır.

Saxlanıldıqdan cəmi bir neçə gün sonra 5 milyon avro məbləğində girov qarşılığında azadlığa buraxılan Pavel Durov Fransanı tərk etməməli və məhkəmənin nəzarətində olmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Telegram   istintaq   əməkdaşlıq  





Xəbər lenti