ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib

ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
  12 Sentyabr 2024    Oxunub:782
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinə Departamenti məlumat verib. Yeni sanksiya Prezident Nikolas Maduronun komandasından 16 şəxsə şamil edilib.

Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.

Bugünkü sanksiya da daxil olmaqla Xəzinə Departamenti 140-dan çox venesuelalı indiki və keçmiş rəsmi şəxslərə sanksiya tətbiq edib. Həmçinin 2000-ə yaxın şəxsin adı Dövlət Departamentində viza məhdudiyyəti tətbiq edilə biləcək şəxslər kimi qeydiyyata alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti