Polşa XİN-in rəhbəri prankerlərin “tələ” sinə düşüb

   Polşa XİN-in rəhbəri prankerlərin    “tələ”   sinə düşüb
  13 Sentyabr 2024    Oxunub:1085
Polşanın Xarici İşlər naziri Radoslav Sikorski özlərini Ukraynanın eks-prezidenti Pyotr Poroşenko kimi təqdim edən rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) ilə söhbətində indiki mərhələdə Varşavanın Ukraynanı müdafiə etmək istəyi olmadığını deyib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Vovan və Leksusun öz Telegram-kanalında yerləşdirdiyi video-yazıda onların Polşanın Ukraynanı müdafiə etmək əzmində olub-olmaması ilə bağlı sualına müsbət cavab verməyib.

Hər şey dəyişəcək, əgər Ukrayna, cəbhə dağılmağa başlasa, hər şey dəyişə bilər. Ancaq hazırda bunu etmək istəyi sıfırdır. Bilirsiniz, biz indi Rusiya qanadlı raketlərini sizin hava məkanınıza daxil olmadan bizim hava məkanımızdan vurub-vurmamağı müzakirə edirik. Hətta bu, indiki mərhələdə çox, çox mübahisəlidir və bu məsələdə heç bir razılaşma yoxdur. Çünki bu, müharibəyə girmək demək olardı”, - Sikorski deyib.

Bununla belə, Polşa XİN-in rəhbəri Ukrayna əsgərlərinin Polşada təlim keçməsinin mümkün olduğnun bildirib. O, bu il və ya gələn il Ukrayna üçün bir neçə heyət hazırlaya biləcəklərini, lakin Polşa əsgərlərinin Ukraynaya gəlməsinin qeyri-mümkün olduğunu iddia söyləyib.

Rusiyalı prankerlərin “Şimal axını” qaz kəmərlərinin partladılamsı ilə bağlı sualını cavablandırarkən Radoslav Sikorski məmnunluq gülüşünü saxalaya bilməyib.

- Polşada biz buna belə yanaşırıq: bunu kim etdisə, yaxşı iş görüb. İndi isə bizə aydındır ki, məsələni əvvəlcədən bilən amerikalılar buna mane olmayıblar”, - Polşa XİN-in rəhbəri sevincini gizlətməyib.

Xatırladaq ki, Rusiyadan Avropaya qaz ixrac edən “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə törədilib. “Nord Stream AG” şirkəti bildirb ki, qəza görünməmiş bir hadisədir və təmir müddətini təxmin etmək mümkün deyil.

Avqust ayında Almaniyanın Baş prokurorluğu Polşada yaşayan, “Şimal axını” terror aktında əli olmaqda şübhəli bilinən ukraynalı dalğıc təlimatçısının həbsinə order verib. Mövcud məlumatlara görə, hələ iyun ayında Almaniya Baş prokurorluğu Varşavaya fotoşəkil vasitəsi ilə müəyyən edilmiş Vladimir Z. Adlı ukraynalının həbs olunması üçün order göndərib. Lakin Varşavanın həmin vaxt bu xahişi gözardı etdiyi, Vladimirin isə bundan sonra Ukraynaya getdiyi bildirilir.

Qeyd edək ki, bu xüsusda Polşa-Almaniya dialoqunda müəyyən narazılıq notlarının iddi olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sikorski   prankerlər  





Xəbər lenti