İlk dəfə Kim Çen Inın nüvə obyektinə səfərinin fotolarını yaydılar - FOTOLAR

İlk dəfə Kim Çen Inın nüvə obyektinə səfərinin fotolarını yaydılar    - FOTOLAR
  13 Sentyabr 2024    Oxunub:350
Şimali Koreyanın lideri Kim Çen In təhlükəli hərbi obyektə baş çəkib.
Xarici KİV-in yaydığı məlumata görə o, uranın silah səviyyəsinə qədər zənginləşdirildiyi obyektlərə baş çəkib.

Kim Çen In zavodlardan birində nüvə başlıqlarının istehsalı proseduru ilə tanış olub.

KXDR rəhbərinin səfərini əks etdirən fotolar sosial şəbəkələrdə geniş müzakirə edilir. Qeyd edilib ki, səfər zamanı KXDR lideri uran sentrifuqalarının sayının artırılmasının vacibliyini vurğulayıb.
Saytlar Kim Çen Inın uranın zənginləşdirilməsi zavoduna səfərinin görüntülərinin ilk dəfə yayılmasına diqqət çəkiblər.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Nüvə   Şimali-Koreya  





Xəbər lenti