Turistlər ən yaxşı ölkələri seçiblər: Türkiyə 9-cudur

   Turistlər ən yaxşı ölkələri seçiblər:    Türkiyə 9-cudur
  13 Sentyabr 2024    Oxunub:266
Beynəlxalq turizm agentliyi "Flight Centre" bu il Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Böyük Britaniyadan olan 170,000-dən çox səyahətçi arasında sorğu keçirib.
Agentlik turistlərin cavablarını təhlil edərək, ən yüksək reytinqli 10 ölkə və şəhəri müəyyənləşdirib.
The Daily Mail-in yaydığı məlumata görə dünyanın səyahət üçün ən yaxşı ölkəsi Portuqaliya seçilib. Bu ölkə ilə bağlı səyahətçi məmnuniyyəti 94%-dir. Sakit Okeanın cənubundakı Kuk Adaları isə 93% məmnunluq dərəcəsi ilə ikinci yerdədir.
Digər sıralama belə olub -3. Avstraliya, 4. Yaponiya, 5. İspaniya, 6. Sinqapur, 7. Yunanıstan, 8. İrlandiya, 9. Türkiyə, 10. Vyetnam.
2024-cü ildə tətil üçün dünyanın ən yaxşı 10 şəhəri isə bunlar seçilib: 1. Pert (Avstraliya), 2. Brisben (Avstraliya), 3. Kvinstaun (Yeni Zelandiya), 4. Tokio (Yaponiya), 5. Christchurch (Yeni Zelandiya), 6. Rarotonqa (Kuk Adaları), 7. Barselona (İspaniya), 8. Melburn (Avstraliya), 9. Roma (İtaliya), 10. Vankuver (Kanada).
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti