Qərb Bakıda hamının neftdən imtina etməsi tələbini qoymaq istəyir

   Qərb Bakıda hamının    neftdən imtina    etməsi tələbini qoymaq istəyir
  13 Sentyabr 2024    Oxunub:1183
Bakıda keçiriləcək COP29 qlobal iqlim sammiti ərəfəsində 2050-ci ilə qədər neft və qazdan istifadənin mərhələli şəkildə dayandırılması barədə Dubayda əldə edilmiş əvvəlki razılaşmanın icrası məsələsində mövqe ixtilafları yaranıb.
“The Financial Times” qəzeti yazır ki, qlobal iqlim müzakirələrində iştirak edən Qərb dövlətləri bəzi neft ölkələrinin saziş üzrə irəliləyişi yavaşıtmaq üçün “birgə səy” göstərdiklərini bildirir.

Qərb rəsmiləri Bakı sammitini ənənəvi yanacaqlardan imtina edilməsi ətrafında müzakirələrə yönəltmək istədiklərini, lakin bəzi neft hasilatçısı ölkələrinin və onların “müttəfiqləri”nin buna müqavimət göstərdklərini deyirlər.

Xatırladaq ki, ötən ilin dekabrında Dubayda keçirilən COP28 tədbirində 200-ə yaxın ölkə 2050-ci ilə qədər enerji sistemlərində ənənəvi yanacaq növlərini ləğv etmək və 2030-cu ilə qədər bərpa olunan enerji tutumunu üç dəfə, habelə enerji səmərəliliyini ikiqat artırmaq barədə razılığa gəliblər.


Lakin bu müstəvidə müzakirələri aparanlar, Səudiyyə Ərəbistanı, Rusiya və Boliviya da daxil olmaqla, tarixən ənənəvi yanacaqların mərhələli şəkildə ləğv edilməsinə dair hər hansı qlobal razılaşmanın qarşısını alan bir qrup ölkənin yenidən irəliləyişi əngəllədiklərini açıqlayıblar.

“Qalıqlı yanacağın istifadəsi barədə müqavilə ilə bağlı müzakirələrdə bəzi ölkələr açıq müqavimət göstərirllər”, - böyük Qərb dövlətlərindən birinin danışıqlardakı təmsilçisi deyib. .

Qərbin təmsilçilərinin fikrincə, Dubayda keçirilən COP28 sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirələr prioritet təşkil etməsə, bu, Bakıda keçiriləcək sammitin uğurunu təhlükə altına qoya bilər. Avropa İttifaqındakı (Aİ) mənbə onu da təsdiqləyib ki, Qərb ölkələri Bakıda keçiriləcək sammitdə əsas diqqətin neft və qazdan uzaqlaşmanın, eləcə də Dubayda əldə olunan konsensus üzərində iş prosesinin müzakirəsinə yönəlməsində israrlıdır.


Daha bir Qərb ölkəsinin nümayəndəsinin iddiasına görə, hazırda müzakirələr gərgin gedir. Çünki inkişaf etməkdə olan ölkələr qrupundakı iri emitentlərin Dubayda əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişi bloklaması riski var.

COP29-da ölkələr iqlim dəiyşiklikləri ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı yeni qlobal hədəflər barədə razılığa gəlməlidirlər. Lakin bu məbləğin həcmi, onun kimin ödəyəcəyi və strukturunun necə olacağı ətrafında ölkələrin apardıqları mübahisələr səngimir. Həftə sonu Afrika hökumətləri iqlim dəyişikliyi üçün ildə 1 trilyon funt sterlinqdən çox vəsait ayırmağa çağırıblar.

BƏƏ-nin COP28-dəki sədrliyi, bu ilin əvvəlində Berlində enerji keçidi ilə bağlı müzakirələrin keçirilməsi də daxil olmaqla, rəsmi şəkildə BƏƏ Konsensusu adlandırılan Dubay Sazişinin “həyata keçirilməsini daim diqqət mərkəzində saxladığını” söylədi, həmçinin “G7 və G20 dövlətləri ilə yorulmadan işlədiyini” açıqlayıb.

Azərbaycanın COP29 sədrliyi isə bildirib ki, Bakı “digər məsələlərlə yanaşı, qalıq tərkibli yanacaqlardan uzaqlaşmanı da əhatə edən yumşaldılma üzrə irəliləyişin əldə olunmasının vacibliyini dəfələrlə vurğulayıb”. Bakı tərəfləri ümumi mövqe və inklüziv nəticələr qazanmağa sövq etmək üçün bütün səyləri göstərdiyini açqıalyıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: COP29   Qərb   neft  





Xəbər lenti