Putin Azərbaycan əsilli məşhur teleaparıcını səfir təyin etdi

Putin Azərbaycan əsilli məşhur teleaparıcını səfir təyin etdi
  13 Sentyabr 2024    Oxunub:286
Rusiya prezidenti Vladimir Putin Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı Mavrikiyaya səfir təyin edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.

“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavrikiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - Putinin imzaladığı sərəncamda yazılıb.

Putin digər sərəncamla Konstantin Klimovskini Rusiyanın Mavrikiyadakı səfiri vəzifəsindən azad edib.

Qeyd edək ki, Azərbaycan əsilli olan İradə Zeynalova 2003-2016-cı illərdə Birinci Kanalda aparıcı və müxbir işləyib. O, 2016-cı ildə NTV-yə keçib.

Tural Tağıyev


Teqlər: Səfir  





Xəbər lenti