Əhalinin gəlirləri 6 % artıb

Əhalinin gəlirləri 6 % artıb
  13 Sentyabr 2024    Oxunub:260
Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 53 milyard 947,2 milyon manat təşkil edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,6 % artaraq 5 292 manata çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti