Vaşinqton Kiyevin qələbəsinə şübhə edir

   Vaşinqton Kiyevin qələbəsinə şübhə edir
  14 Sentyabr 2024    Oxunub:424
ABŞ-nin Müdafiə nazirliyi Qərb silahlarının heç bir növünün Kiyevə münaqişədə qalib gəlməyə imkan verməyəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder keçirdiyi brifinqdə Qərb silahlarının heç bir növünün Kiyev üçün münaqişədə qalib gəlməyə imkan verəcək vasitəyə çevrilməyəcəyini deyib.

“ABŞ-nin müdafiə naziri Lloyd Ostinin ötən həftə Ramştayn aviabazasında Ukraynanın uğur qazanmasına imkan verəcək tək bir silah növünün, bütün problemlərin həlli üçün heç bir silah olmadığını vurğulayan şərhlərinə diqqət çəkmək istərdim”, - Pentaqonun sözçüsü bildirib.

Rayderin sözlərinə görə, Vaşinqtonun fikrincə, Ukrayna gələcəkdə mümkün danışıqlarda daha uduşlu mövqe qazanmaq üçün Amerika silahlarından istifadə etməlidir.
Xatırladaq ki, ötən həftə ABŞ-nin Müdafiə naziri Lloyd Ostin jurnalistlərə Vaşinqtonun Kiyevə “ATACMS” raketlərindən daha uzaq mənzilli silahlar verməkdən niyə imtina etdiyini açıqlamışdı.

- Kiyev Qərbin tədarük etdiyi bəzi silah növlərinin döyüş meydanında həlledici rol oynaya biləcəyinə arxalanmamalıdır. Ukraynanın özünün uzaq mənzilli silahları var. Onlar Kiyevin Vaşinqton və Londondan aldığı Amerikanın “ATACMS” ballistik və Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin uçuş məsafəsindən daha uzaqda olan hədəfləri vura bilir”, - Lloyd Ostin bildirmişdi.

Bununla belə, öz mənbələrinə istinad edən “The Guardian” qəzeti ABŞ və Böyük Britaniyanın Rusiyanın arxa xəttindəki hədəflərə uzaqmənzilli raketlərlə zərbə endirmək üçün Kiyevə icazə verdiklərini, lakin bunu rəsmi qaydada açıqlamadıqlarını yazıb.

“London və Vaşinqton Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməyə icazə vermək qərarına gəliblər, lakin hələlik bunu açıqlamağa hazır deyillər. Qərb rəsmiləri deyirlər ki, raketlərin yerləşdirilməsi hərtərəfli müharibəyə son qoymaq üçün daha geniş planın bir hissəsi olmalıdır”, - qəzetdə dərc edilən materialda bildirilir.

Bundan əlavə, Rusiyadakı hədəflərə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istigadə edilməsinin Moskva-NATO müharibəsinin başlanğıcı olacağı barədə Putinin səsləndirdiyi bəyanatla Baydenin razılaşmadığı vurğulanır.
Yeri gəlmişkən, ABŞ-nin NATO üzrə ən yaxın müttəfiqlərindən və qonşularından biri olan Kanadanın baş naziri naziri Castin Tryudo dünən bildirib ki, Rusiyanın mülki hədəflərə zərbələrinin qarşısını almaq üçün Ukraynaya uzaq mənzilli silahlardan istifadə etmək imkanı verilməlidir.

“NATO-nu münaqişəyə sürüklənməsi ilə bağlı Moskvanın təhdidlərinə baxmayaraq, Kanada bu məsələdə Kiyevi tam dəstəkləyir. Ukrayna Rusiyanın işğalı ilə mübarizədə qalib gəlməlidir. Əks halda bu, digər böyük ölkələri qonşularını “udmağa” cəhd göstərməyə sövq edəcək”, - “The Canadian Press” agentliyi Castin Tryudonun bəyanatından sitat gətirir.

Sahil isgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   silahlar  





Xəbər lenti