Abituriyentlərin nəzərinə

  19 Aprel 2013    Oxunub : 274
Abituriyentlərin nəzərinə
Abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar.
2013/2014-cü tədris ilinin qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış müvafiq QİK-lərdə keçiriləcək.

Bu barədə AzVision.az-a TQDK-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.



AzVision.az

Teqlər: