Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

“Daha 103 döyüşçü Rusiya əsirliyindən Ukraynaya qaytarılıb”, - deyə Zelenski yazıb.
“Azad edilmiş 69 hərbi qulluqçu Mariupol şəhərinin müdafiəsində iştirak edib. Onların arasında iki ÇAES(Çernobıl Atom Elektrik Stansiyası - red.) mühafizəçisi də var. Daxili İşlər Nazirliyinin rəisi İqor Klimenkonun sözlərinə görə, azad edilmiş 51 nəfər nazirliyin sistemindəndir: 38 qvardiyaçı, 8 sərhədçi, 4 polis və bir xilasedici”, - deyə o əlavə edib.
AzVision.az
Teqlər: