İran Rusiyanın MİR ödəniş sistemini işə salır
“İndi biz "MİR" və "Şetab" ödəniş sistemlərini birləşdirməyə çalışırıq. "Şetab" hazırda test səviyyəsində işləyir. İnanıram ki, təxminən altı aydan sonra "MİR" ödəniş sistemi də İranda fəaliyyətə başlayacaq”, - səfir deyib.
Bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Moskva və Tehran İslam Respublikasında "MİR" kartlarının tətbiqi məsələsi üzərində işləyirlər.
Qeyd edək ki, İran və Rusiya Federasiyası arasında “MİR” kartları ilə bağlı ilk müqavilə 2022-ci ildə bağlanıb. Misir, Monqolustan, Hindistan, Şri-Lanka və İndoneziya da “MİR”i işə salmağı planlaşdırır. Bəzi ölkələr ikinci dərəcəli sanksiyalar riski səbəbindən “MİR” kartları ilə işləməyi dayandırıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: