Britaniyanın baş naziri arvadının donuna görə istintaqa cəlb olunub

  Britaniyanın baş naziri arvadının donuna görə istintaqa cəlb olunub
  15 Sentyabr 2024    Oxunub:1233
Böyük Britaniyanın baş naziri Kir Starmer, maliyyə donoru tərəfindən həyat yoldaşı Viktoriya üçün bəyan edilməmiş geyim alındığına görə istintaqla üzləşib.
Bu barədə məlumat yayan “Times” qəzeti bildirir ki, Böyük Britaniyanın baş naziri rəhbəri olduğu Leyboristlər Partiyasının donorunun onun həyat yoldaşı üçün bahalı paltar alması faktını bəyan etməməklə parlament qaydalarını pozub.

Söhbət Böyük Britaniyanın Lordlar Palatasının üzvü multimilyonçu sahibkar Vahid Allidən gedir. Məlumatda deyilir ki, Vahid Alli Starmerin hakimiyyətə gəlməsindən əvvəl və sonra baş nazirin həyat yoldaşının şəxsi alış-veriş məsləhətçisi olmaqla yanaşı, geyimlərə sərf etdiyi vəsait də nəzərə alınmaqla digər xərclərini ödəyib.

Baş nazirin ofisi hədiyyələrin ümumi dəyərini və ya Viktoriya Starmerin onları aldığı dövrü açıqlamaqdan imtina edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Starmer   hədiyyələr   problem  





Xəbər lenti