Türkiyədə baş verən partlayışda 28 nəfər yaralanıb

 Türkiyədə baş verən partlayışda  28 nəfər yaralanıb
  15 Sentyabr 2024    Oxunub:364
Türkiyədə Sakarya bölgəsindəki makaron fabrikində naməlum səbəbdən partlayış baş verib.
AzVision.az “Anadolu agentliyi“nə istinadən xəbər verir ki, partlayışdan sonra meydana gələn yanğın nəticəsində 28 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır.

Yanğınla bağlı hadisə yerinə şəhər mərkəzi, rayon və ətraf rayonlardan təcili yardım əməkdaşları, xilasedicilər və polis qrupları cəlb edilib.

Son məlumata görə hazırda yanğın söndürülüb, hadisənin səbələri araşdırılır.

Məhəmmədəli Həsənli
AzVision.az










Teqlər:





Xəbər lenti