Yəmən Amerika və İsrailin müdafiə sistemlərini yaran texnologiya kəşf edib

 Yəmən Amerika və İsrailin müdafiə sistemlərini yaran texnologiya kəşf edib
  15 Sentyabr 2024    Oxunub:377
Yəmən Qırmızı dənizdə Amerika gəmilərinə hücumda istifadə edə biləcəyi yeni xüsusi texnologiya əldə edib.
Yəmən mənbələrindən İranın "Mehr" Agentliyinə bildirilib ki, bu texnologiya Yəmənin raket və pilotsuz təyyarələrinə istənilən hava hücumundan müdafiə sistemlərini yarmaq imkanı verir.

Yəmənlilər Amerikanın müdafiə sistemlərini yaxından tədqiq edərək, onların Qırmızı dənizdəki gəmilərinin müdafiə sistemlərini sındırmağın yollarını öyrəndiklərini açıqlayıblar. Onlar bəyan edir ki, Amerika bundan sonra öz raket sistemlərinə arxayın olmasın.

Qeyd edək ki, bazar günü səhər saatlarında Yəmən İsrailin hava hücumundan müdafiə sistemlərini yararaq,Təl-Əvivi ballistik raketlə vurduğunu açıqlayıb. İsrail mediası isə raketin Təl-Əviv hava limanı yaxınlığındakı əraziyə düşdüyünü yazır.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti