Azərbaycana ən çox turist hansı ölkədən gəlir?
"Gələn turistlərin artım sayında isə Hindistanı Cənubi Koreya (2,2 dəfə), Çin (2,0 dəfə), İspaniya (1,8 dəfə), Qırğızıstan (1,6 dəfə), Filippin (1,6 dəfə), Qazaxıstan (1,6 dəfə), Pakistan (1,5 dəfə), İordaniya (1,5 dəfə) izləyir. Digər ölkələrdə artım dəfə deyil, faizlə ifadə olunur. Göründüyü kimi, Asiyadan Azərbaycana gələn turistlərin sayında kəskin artım qeydə alınıb.
Bu ilin 8 ayında da Ərəb ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb. Belə ki, həmin müddətdə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz, Avropa İttifaqından gələnlərin sayı 27,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 20,5 faiz artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 8 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - deyə V.Bayramov qeyd edib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Azərbaycan turist turizm