İsrailin müxalifət lideri Blinkenlə görüşəcək

   İsrailin müxalifət lideri Blinkenlə görüşəcək
  16 Sentyabr 2024    Oxunub:1044
İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının rəhbəri Yair Lapid ABŞ-yə gedib.
Bu barədə onun ofisindən məlumat verilib.

Bildirilir ki, siyasətçi ABŞ Dövlət katibi Antoni Blinken, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, habelə bir sıra respublikaçı senator, o cümlədən Lindsi Qremlə görüşlər keçirəcək.

Danışıqlarda əsasən Qəzza zolağındakı müharibənin cari vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   müxalifət   görüş  





Xəbər lenti