Maykl Ceksonun qardaşı öldü

“Böyük üzüntü ilə bildiririk ki, sevimli atamız, Tito Jackson artıq aramızda deyil. Biz şokdayıq, kədərlənirik və qəlbimiz qırılır. Atamız hər kəsin rifahını düşünən inanılmaz insan idi”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Tito, Maykl, Ceki, Cermeyn və Marlon qardaşları 1960-cı ildə yaradılan “The Jackson 5” qrupunda ifa ediblər. Qrupun “I Want You Back”, “ABC”, “I'll Be There” kimi mahnıları hələ də populyardır.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: TitoCekson “TheJackson5” MayklCekson