Tevanyan: “Qərb öz maraqlarını güdür”

   Tevanyan: “Qərb öz maraqlarını güdür”
  16 Sentyabr 2024    Oxunub:1019
“Ana Ermənistan” müxalif hərəkatının rəhbəri, Ermənistanın sabiq deputatı Andranik Tevanyan Donbassda və Qarabağda yaşanan münaqişələrdən Qərbi öz məqsədləri üçün istifadə etməkdə günahlandırıb.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, “Ana Ermənistan” hərəkatının lideri Donetskə səfəri zamanı 2014-cü ildə Ukraynada, 2018-ci ildə Ermənistanda yaşanan hadisələrin müvafiq olaraq Donbass və Qarabağda sonrakı münaqişələrlə bağlı olduğunu iddia edib. Tavenyan postsovet məkanında inqilab ssenarilərinin oxşarlığına diqqət çəkərək, onların

“Qərb nazirliklərininin təsiri altında” eyni prinsip üzrə inkişaf etdiyini bildirib.
Xüsusilə hər bir dövlətdə təhsilin inkişaf etdirilməsinin vacibliyini vurğulayan “Ana Ermənistan” hərəkatının lideri hazırda Qərbin Ermənistanı öz tarixindən məhrum etmək istədiyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tevanyan   Ermənistan   Ukrayna   Qərb  





Xəbər lenti