Putin Monqolustana şamanlara görə gedibmiş - "Spiegel"

   Putin Monqolustana şamanlara görə gedibmiş    - "Spiegel"
  16 Sentyabr 2024    Oxunub:439
Rusiya prezidenti Vladimir Putin Monqolustana şamanlarla görüşmək üçün səfər edib. Bu fikirlər “Spiegel”də dərc olunan məqalədəndir.
Məqaləni rusiyalı jurnalist Mixail Zıqar yazıb. Qeyd edilib ki, Putinin səfərinin versiyaları arasında əsas yeri şaman amili tutur.

Medvedev: "BCM Putinə qarşı orderin icrasından çəkinməlidir"
Bu versiya Kremlə yaxın mənbələr tərəfindən də müzakirə edilir. Yazıda Monqolustanla yanaşı Tuvanın da dünyanın ən qüdrətli şamanlarının vətəni sayılması xatırlanıb: "Rusiyanın dəyişməz qalan liderinin uzun illərdir ki, mistikaya xüsusi münasibəti var".

Zıqar Kremldəki mənbəyə istinadən maraqlı iddia da səsləndirib. Sən demə Putin Ukraynada genişmiqyaslı işğal başlamazdan əvvəl müxtəlif ərazilərdən olan şamanlarla da məsləhətləşibmiş. Bütün mistiklər isə Rusiyanın qələbəsini proqnozlaşdırıblar.

Bundan əlavə, Moskvada belə bir şayiə də yayılıb ki, Putin ruhları qəzəbləndirməmək üçün şamanların xeyir-duası olmadan nüvə silahından istifadə etməyəcək. Zıqar qeyd edib ki, Kreml rəhbəri guya Monqolustandan bu mənada məmnun qayıdıb.

Xatırladaq ki, Vladimir Putin Monqolustana sentyabrın ikisində səfər edib.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Putin   Monqolustan   Şaman  





Xəbər lenti