Tokayevdən Şoltsa xəbərdarlıq: "Rusiya yenilməzdir!"

   Tokayevdən Şoltsa xəbərdarlıq:    "Rusiya yenilməzdir!"
  16 Sentyabr 2024    Oxunub:402
"Rusiya məğlubedilməzdir".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün geri dönməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.

Qeyd edək ki, Şolts Tokayevin dəvəti ilə Qazaxıstanda iki günlük səfərdədir. Onların ikitərəfli danışıqlarından əlavə, “Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüşü də baş tutacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Almaniya  





Xəbər lenti