İrəvan COP29-da iştirak etmək barədə hələ də fikriləşir

   İrəvan COP29-da iştirak etmək barədə    hələ də fikriləşir
  16 Sentyabr 2024    Oxunub:971
Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasında iştirakı barədə danışmaq hələ tezdir.
AzVision.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyan keçirdiyi ənənəvi brifinqdə belə deyib.

“Hazırda bu suala cavabım yoxdur. Bu yöndə inkişaflar olarsa, təbii ki, bundan xəbəriniz olacaq. Hazırda düşünürəm ki, bu barədə danışmağın vaxtı deyil”, - erməni deputat bildirib.

Qeyd edək ki, COP29 Beynəlxalq Konfransının məhz Bakıda keçirilməsini dəstəkləyən ölkələr arasında Ermənistan da var. Həmin səsvermədən sonra İrəvanın Azərbaycanı dəstəkləməsini əksər ölkələr və ekspertlər iki ölkə arasında uzun illərdən bəri mövcud olan etimadsızlıq atmosferinin aradan qaldırılmasına təkan verəcəyinə inandıqlarını açıqladılar. Bir çoxları isə hətta məhz COP29 Konfransı çərçivəsində sülh sazişinin imzalanması üçün çox əlverişli fürsətin yarandığını vurğuladılar.

Lakin keçən müddət ərzində Ermənistanın və onun havadarlarının sərgiılədiyi destruktiv siyasət nəticəsində bu ümidlər tədricən devalvasiyaya uğradı. Bu azmış kimi, Ermənistan tərəfi COP29-da iştirakla bağlı hələ də qərar verməyə tərəddüd edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: COP29   Ermənistan  





Xəbər lenti