Hindistanın cənubunda maska ​​rejimi tətbiq edilib

Hindistanın cənubunda maska ​​rejimi tətbiq edilib
  16 Sentyabr 2024    Oxunub:386
Hindistanın cənubundakı Kerala əyalətinin Malappuram rayonunda səlahiyyətlilər təhlükəli Nipah virusunun aşkarlanması ilə əlaqədar maska ​​rejimi tətbiq ediblər.
AzVision.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, sentyabrın 9-da yerli xəstəxanaların birində 23 yaşlı tələbənin ölümündən sonra xüsusi rejim tələb olunub. Tələbədə virusun olması iki tədqiqat laboratoriyası tərəfindən təsdiqlənib.

Bölgədəki teatrların və təhsil müəssisələrinin növbəti xəbərdarlığa qədər bağlanması tələb olunub. Şəhər hakimiyyəti vətəndaşları diqqətli olmağa və ictimai yerlərdə toplaşmamağa çağırıb.

Xatırladaq ki, iyul ayında Nipah virusu Kerala əyalətindən olan 14 yaşlı bir oğlanın da həyatına son qoyub. 2018-ci ildə Hindistanın cənubunda bu virusun yayılması 18 nəfərin ölümünə səbəb olub. Əksər yoluxucu xəstəliklərdən fərqli olaraq, Nipah virusu beyni hədəf alır və xəstəliyin başlanğıcından şiddətli baş ağrıları ilə müşayiət olunur. Virusa qarşı dərman və vaksin yoxdur.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Hindistan   Nipah   virus  





Xəbər lenti