“Vəkildən tələbəyə” layihəsinə start verilib

“Vəkildən tələbəyə” layihəsinə start verilib
  16 Sentyabr 2024    Oxunub:408
Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib.
Bu barədə AzVision.az -a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif təşkilatlarla əlaqələrin qurulması prosesi ilə tanış olmalarından ibarətdir.

Məlumata görə, layihə sayəsində, xüsusən, Vəkillər Kollegiyasının iş prinsipi ilə ətraflı tanış olan tələbələr həm də mövcud məhkəmə praktikası üzrə lazımi biliklərə, eyni zamanda müvafiq praktiki məlumatlara yiyələnəcəklər və bu layihənin onların gələcək peşə fəaliyyətlərini müəyyən etmələrində xüsusi rolu olacaq.

"Layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir. Layihə üzrə təşkil olunması planlaşdırılan təlimlərə təcrübəli hüquqşünaslar, o cümlədən professorlar, hakimlər və vəkillər cəlb ediləcəkdir. Vəkillər Kollegiyası ilə ölkədəki Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanıb. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.

Eyni zamanda Kollegiya hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Vəkillər Kollegiyasının dəstəyi ilə hər il 300-dən çox tələbənin qatıldığı yay və qış hüquq məktəbləri təşkil olunur, yüzlərlə tələbə vəkil qurumlarında təcrübə keçir, o cümlədən onlara fərdi təqaüdlər verilir və hüquq fakültələrinin layihələrinə sponsorluq edilir", - məlumatda qeyd olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti