Rusiyada məktəbli şagird və müəllimlərə hücum etdi

Bildirilib ki, üç şagird və bir müəllim xəsarət alıb. Yeddinci sinif şagirdi də özünü yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Digər detallar açıqlanmayıb.
Hüquq-mühafizə orqanları hücum edən yeniyetmənin məktəbə bıçaq və çəkic apardığını təsdiq edib. Hazırda Rusiya İstintaq Komitəsinin müstəntiqləri hadisə yerinə baxış keçirirlər.
Həmidə İbrahimova
AzVision.az