Rusiya Ermənistanın Vayots Dzor bölgəsinə maraq göstərir

Rusiya Ermənistanın Vayots Dzor bölgəsinə maraq göstərir
  17 Sentyabr 2024    Oxunub:991
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Vayots Dzor vilayətinin qubernatoru Kolya Mikaelyan ilə görüşüb.
Bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, tərəflər regionlararası əməkdaşlığı müzakirə ediblər.
Qeyd edilib ki, söhbət zamanı Rusiya ilə Ermənistanın ticari-iqtisadi və humanitar əlaqələrinin əhəmiyyəti xüsusi vurğulanıb. Bundan başqa, iki xalq arasında münasibətlərin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində regionlararası əməkdaşlığın potensialı da yüksək qiymətləndirilib.

Görüşdə Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Anna Donçenko və Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının eksperti Vahram Karapetyan da iştirak ediblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti