Makrona qarşı impiçment proseduru başladı

   Makrona qarşı impiçment proseduru başladı
  17 Sentyabr 2024    Oxunub:291
Fransa Milli Assambleyasının Bürosu (parlamentin aşağı palatası-red.)Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Büro artıq Fransa prezidentinin hakimiyyətdən kənarlaşdırılması prosedurunu təsdiqləyib. Sənəd Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb. Bu maddə prezidentin öz vəzifələrini pozacağı təqdirdə, onun vəzifədən kənarlaşdırılmasına icazə verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti