"Azərsun Holdinq" COP29-un dayanıqlı inkişaf tərəfdaşıdır
11-22 noyabr arası keçiriləcək layihədə “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, daşınmaz əmlak və digər fəaliyyət sahələrində dayanıqlı inkişaf üçün təcrübələrini paylaşacaq, eyni zamanda, bu istiqamətdə qlobal təşkilatlar və şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirəcək. Məsələ ilə bağlı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal açıqlama verib:
“COP29-a tərəfdaş kimi qoşulmaq, “Azərsun”un dayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur. Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərə təkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik”.
AzVision.az