“Hizbullah” Livandakı peycer partlayışlarında İsraili günahlandırır

“Hizbullah” Livandakı peycer partlayışlarında İsraili günahlandırır
  17 Sentyabr 2024    Oxunub:351
Livanın “Hizbullah” hərəkatı Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycer partlayışlarında İsraili günahlandırıb
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.

“Bu gün günortadan sonra baş vermiş bu vəhşi hücumla bağlı bütün faktları, sübut və mövcud məlumatları təfərrüatlı şəkildə nəzərdən keçirdikdən sonra deyə bilərik ki, bu vəhşi təcavüzə görə düşmən İsrail dövləti məsuliyyət daşıyır”, - deyə məlumatda bildirilir.

AzVision.az





Teqlər:





Xəbər lenti