Blinken misirli həmkarı ilə görüşüb - YENİLƏNİB
Bildirilir ki, Blinken Qahirədən sonra Parisə yola düşəcək. Onun burada Fransa Prezidenti Emmanuel Makronla və bu ölkənin, eləcə də İtaliya və Britaniyanın xarici işlər nazirləri görüşləri nəzərdə tutulur. Danışıqlar zamanı Qəzza zolağındakı vəziyyətlə yanaşı Ukrayna müharibəsinin gedişatı da nəzərdən keçiriləcək.
* * *
10:41
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə Qəzzada müharibə başlayandan bəri 10-cu səfəri çərçivəsində Misirin paytaxtı Qahirəyə yollanıb.
İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqların vasitəçisi kimi Vaşinqtonu təmsil edən Blinkenin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşəcəyi bildirilir.
Görüşlərdə Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə tərəflərarası razılaşmanın cari vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Misir Qəzza danışıqlar