Daniel Bayer: “Ermənilər soyuq qışlara hazır olmalıdırlar”

   Daniel Bayer:    “Ermənilər soyuq qışlara hazır olmalıdırlar”
  18 Sentyabr 2024    Oxunub:1249
ABŞ-nin ATƏT-dəki keçmiş səfiri və Karnegi Fondunun baş vitse-prezidenti Daniel Bayer Konqresin Helsinki Komissiyasının dinləmələrində çıxışı zamanı Qərbin qonşuları ilə münasibətlərin həllində “Ermənistana dəstək vermək niyyətində” olduğunu, lakin bu prosesin “ağrılı” keçəciyini bildirib.
AzVision.az xəbər verir ki, amerikalı diplomat Moskvanın Qərbin səylərini pozmağa çalışacağını istisna etməyib. Onun sözlərinə görə, Ermənistan Moskvadan “asılılıqdan” qurtulmaq üçün uzun yol keçməli və “bir neçə soyuq qışa” hazır olmalıdır. Bayer bununla nəyi nəzərdə tutduğunu dəqiqləşdirməsə də, Vaşinqtonun uzunmüddətli dəstək göstərəcəyinə İrəvanı arxayın edib.

Hələlik isə, Vaşinqton erməniləri qışda soyuqdan necə qorumaq üzərində baş sındırmaq əvəzinə, İrəvanı silahlandırmaqla Ermənistandakı revanşistlərin təcavüzkarlıq hisslərini qızışdırır və Cənub Qafqazda yeni müharibə alovlandırmağa çalışır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   qış  





Xəbər lenti