Livandakı partlayışda İran səfiri də yaralanıb

   Livandakı partlayışda İran səfiri də yaralanıb
  18 Sentyabr 2024    Oxunub:1470
Ötən gün İsrail kəşiyyatının "Hizbullah"a məxsus peycərləri partlatması nəticəsində İranın Livandakı səfiri Müctəba Əmani də xəsarət alıb.
"The New York Times" qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbələrə istinadən məlumat yayıb ki, səfir bir gözünü itirib, eləcə də digər gözü ciddi şəkildə yaralanıb.

2022-ci ildən bəri İranın Beyrutda nümayəndəsi kimi çalışan Əmaninin müalicə məqsədilə Tehrana aparılacağı bildirilir. Hərçənd səfirliyin rəsmi "X" hesabında onun görmə qabiliyyətində hər hansı problem yaranmadığı vurğulanır.

"Cənab Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı şayiələr yalandır", - məlumatda deyilir.
İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR - YENİLƏNİB

Xatırladaq ki, İsrail kəşfiyyatının Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdiyi partlayıcılar ötən axşam işə düşüb. Nəticədə 9 nəfər ölüb, 4 minə yaxın insan xəsarət alıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani hadisəni "kütləvi qətliam" adlandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Livan   İsrail   partlayış  





Xəbər lenti