Çinlə "yaşıl enerji keçidi" sahəsində birgə fəaliyyət müzakirə edilib

Çinlə "yaşıl enerji keçidi" sahəsində birgə fəaliyyət müzakirə edilib
  20 Sentyabr 2024    Oxunub:1333
Azərbaycan və Çin arasında “yaşıl enerji keçidi” sahəsində birgə fəaliyyətin təşkili müzakirə edilib.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini müzakirə edib.

Bu müzakirələr arasında iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi, özəl sektorda qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi, “Yaşıl enerji keçidi” sahəsində birgə fəaliyyətin təşkili məsələləri mövcuddur. Həmçinin rəqəmsallaşma sahəsində potensial tərəfdaşlıq və perspektiv birgə layihələr müzakirə mövzusu olub.


AzVision.az


Teqlər:





Xəbər lenti