Sabah Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Sabah Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  22 Sentyabr 2024    Oxunub:1222
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, "Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı məhv edilməsi prosesi davam edir. Bu proses 23-27 sentyabr 2024-cü il tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək."

Partlayış işləri ilə bağlı ictimaiyyətə davamlı şəkildə məlumat veriləcəyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti