"Hazırda İsrail-Livan sərhədində vəziyyət son dərəcə gərgindir, mütəmadi toqquşmalar baş verir. İsrailin daxilində də təhlükəsizlik şəraiti ağır və mürəkkəbdir. Vətəndaşlarımıza bildiririk ki, mümkün qədər tez vətənə qayıtsınlar, yaxud təhlükəsiz ərazilərə yönəlsinlər", - bəyanatda vurğulanır.
Xatırladaq ki, Pekin Livanda yaşayan vətəndaşlarına da ötən ay oxşar xəbərdarlıq ünvanlamışdı.
NYT: "Terrorçuların peycer istifadəsini Nəsrullah məqbul bilib" |
Keçən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində 40 mindən artıq insanın yaralanması bu qruplaşma ilə İsrail arasında Qəzza zolağındakı müharibəyə paralal şəkildə başlamış münaqişəni daha da qızışdırıb. Hadisədə İsraili təqsirləndirən "Hizbullah" terrorçuları bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. Digər tərəfdən, partlayışlarda İranın Livandakı səfiri Müctəba Əmaninin də xəsarət alaraq bir gözünü itirməsi rəsmi Tehranın "İsrailə qarşı qəzəbini" daha da artırıb.
Firudin Həmidli
AzVision.az