Türkiyədə terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirildi

Türkiyədə terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirildi
  25 Sentyabr 2024    Oxunub:782
Türkiyənin Van şəhərində terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də məlumat verib.

Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb
Bildirilib ki, Vanın Çatak rayonunun çöl ərazisində jandarma qüvvələrinin həyata keçirdiyi "Gürz-16" əməliyyatı nəticəsində bir terrorçu zərərsizləşdirilib. Terrorçunun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.


Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Türkiyə   terrorçu   əməliyyat  





Xəbər lenti