Dumada boşanma epidemiyası
Dumanın Etik Qaydalar Komisyasının sədrinin müavini Andrey Andreyevin verdiyi məlumata görə, onda deputatların ailə durumunda baş verən hər hansı dəyişiklik barədə informasiya yoxdur. Bu barədə məlumat yalnız deputatların Dumaya verdikləri hesabatından sonra olacaq.
Deputatların gəlirləri barədə son hesabat bu ilin 15 aprelində Dumanın internet səhifəsində yerləşdirilib. Hesabatın dərcindən sonra “Ədalətli Rusiya” partiyasının deputatı İlya Ponomoryov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini “saxta boşanma” aktında ittiham edərək, onun arvadının gəlirləri və mülkləri barədə informasiyanı gizlətdiyini bildirdi. Jirinovski isə arvadı ilə kilsə nigahında yaşadığını və buna görə hesabat vermək məcburiyyətində olmadığını bildirib. Xatırladaq ki, Jirinovski ötən il arvadının gəlirləri və mülkü barədə hesabat vermişdi.
Teqlər: