Axios: "İsrail İranın neft obyektlərini vura bilər"

      Axios:    "İsrail İranın neft obyektlərini vura bilər"
  02 Oktyabr 2024    Oxunub:336
"İsrail İranın çoxsaylı raket hücumuna cavabən bu ölkədəki neft infrastruktrunu hədəfə almağı planlaşdırır".
Bu barədə "Axios" xəbər saytı İsrail hökumətinin adı açıqlanmayan rəsmi nümayəndələrinə istinadən məlumat yayıb. Bildirilir ki, cavab əməliyyatının vaxtı və təfərrüatı isə hələlik naməlumdur.

"Əlbəttə, cavab təkcə neft obyektlərinə hücumla kifayətlənməyə bilər. İranın hava hücumundan müdafiə sisteminə zərbə də, ali vəzifəli şəxslərə qarşı sui-qəsdlər də mümkündür", - "Axios" yazır.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın gecəboyu raket zərbələrinə reaksiyasında:
"Tehran çox böyük səhvə yol verdi. Əvəzini ödəyəcək", - deyib. Digər tərəfdən, ABŞ Prezidenti Co Bayden cavab əməliyyatında İsrailə dəstək veriləcəyini vurğulayıb.

Xatırladaq ki, ötən gecə İrandan "Hizbullah" lideri Həsən Nəsrullahın aviazərbə nəticəsində öldürülməsinə cavabən İsrailin əsasən hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   münaqişə  





Xəbər lenti