CIA Çin, Şimali Koreya və İranda "agent ovu"na çıxıb - "The Independent"

CIA Çin, Şimali Koreya və İranda "agent ovu"na çıxıb    - "The Independent"
  03 Oktyabr 2024    Oxunub:953
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Rusiyanın uğurlu "verbovka" kampaniyasından sonra Çin, İran və Şimali Koreyada potensial casusları ələ almağa başlayıb.
Bu fikirlər "The Independent"də dərc olunan məqalədəndir.
Qeyd edilib ki, CIA vətəndaşların bu qurumla təhlükəsiz əlaqə saxlamaları üçün məlum ölkələrin dillərində xüsusi təlimatlar da dərc edib.

CİA-nın rəhbəri gizli görüşün sirrini açdı: Moskva taktiki nüvə silahına əl ata bilərdi...
Hətta iş o yerə çatıb ki, qurum insanları nəinki "qara" adlanan saytlar, hər kəsin əli çatan internet resursları vasitəsilə də CIA ilə əlaqə saxlamağa təşviq edir.
"Bunun üçün müxtəlif sosial media saytlarında təlimatlar yerləşdirilib. Əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim əməkdaşlığa açıq olduğumuzu bilirlər”, - MKİ sözçüsü bildirib.

Müəllif onu da qeyd edib ki, Çin, Rusiya Federasiyası, Şimali Koreya və İran “çətin hədəf” sayılırlar. Çünki bu ölkələrin hökumətləri hər zaman digər dövlətlərin müdaxilələrinin qarşısını almağa çalışırlar. Onlar mühüm məlumatlar və ya digər kəşfiyyat xarakterli informasiyaların ölkədən çıxmaması üçün hər cür tədbir görürlər: "Bu ölkələrdə Facebook kimi Amerikaya məxsus məşhur sosial şəbəkələrə girişi əngəlləyirlər. Adı çəkilən dövlətlərdə rəhbər şəxslər sosial şəbəkələri hökumət üçün uyğun olmayan vasitə hesab edirlər".
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   ABŞ   Agent   Çin   İran  





Xəbər lenti