Sumqayıt şəhərində həyata keçirilən pilot layihələr müzakirə edildi

Sumqayıt şəhərində həyata keçirilən pilot layihələr müzakirə edildi
  05 Oktyabr 2024    Oxunub:342
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və rəhbər şəxsləri Sumqayıt şəhərində olublar. Birliyin rəsmiləri tərəfindən əvvəlcə “QAZandım” transformasiya layihəsi çərçivəsində sənaye şəhərinin küçələrində quraşdırılan balans qovşaqlarına yerində baxış keçirilib.
Baş direktora qovşaqların iş prinsipi və üstünlükləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, pilot layihə çərçivəsində bu günədək Sumqayıt şəhərində 49 balans qovşağı quraşdırılıb ki, bu da qaz sızmalarının və qəza hallarının qarşının alınmasını təmin edəcək.

Gənclər şəhərində həyata keçirilən və keçiriləcək layihələrin müzakirəsi daha sonra Sumqayıt qaz istismarı Sahəsinin inzibati binasında davam etdirilib.

Baş direktora fotoçarx şəklində həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə izahlı məlumat verilib. Layihənin icrası zamanı qarşıya çıxan çətinliklər dinlənildikdən sonra baş direktor məsləhət və tövsiyələrini diqqətə çatdırıb. Sonda Sumqayıt qaz istismarı Sahəsinin balansına verilən yeni nəqliyyat vasitələrinə baxış keçirilib. Nəqliyyat vasitələrinin iş prinsipi və göstəriciləri haqqında ətraflı məlumat verilib.




AzVision.az



Teqlər:





Xəbər lenti