Azercell “iPhone 16”nı təqdim edir

Azercell “iPhone 16”nı təqdim edir
  07 Oktyabr 2024    Oxunub:324
“Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan “Azercell Telekom” MMC yeni nəsil “iPhone” smartfonlarını təqdim edib. Oktyabrın 4-dən etibarən yeni “iPhone 16” smartfonlarını Azercell Eksklüziv mağazalarından əldə etmək mümkündür.
Lider mobil operator həmçinin yeni seriya üçün xüsusi təklif də elan edir. Belə ki, şirkət Azercell Eksklüziv mağazalarından “iPhone 16” seriyalı smartfonları alan bütün müştərilərinə növbəti üç ay ərzində hər ay 55 GB internet hədiyyə edir.

Azercell-in yeni təklifi ilə həm “iPhone 16”nın ilk sahiblərindən biri olun, həm də internet xərclərinə qənaət edin!

Ətraflı məlumat üçün Azercell Eksklüziv mağazalarına yaxınlaşa bilərsiniz.


Teqlər: Azercell  





Xəbər lenti