" Regionlarda bərpa işləri elmə əsaslanır"- Elçin Kərimov
Xınalıq və köç yolu buradakı həyat tərzinin, evlərin, tikililərin qorunması məqsədilə ötən il Ümumdünya İrs Siyahısına salındığını deyən Elçin Kərimov bərpa işləri zamanı evlərin tipolji, memarlıq, konstruktiv xüsusiyyətlərinin nəzərə alındığını vurğulayıb.
Elçin Kərimov bildirib ki, dağılıb məhv olmaq təhlükəsi olan evlərin bərpası zamanı xüsüsi təlimat kitabından istifadə olunur:
"Xarabalıq evlərin bərpası üçün təlimat kitabımız var. Bu, həmçinin UNESCO- nun tələb etdiyi sənədlər sırasındadır. Biz onu iki il əvvəl hazırlayıb təqdim etmişik. Bu bir çərçivə sənədidir, istənilən tikinti işləri bu sənədə əsasən aparılır".
Onun sözlərinə görə, memarlığın qorunması ilə yanaşı insanların həyat şəraitinin yaxşılaşdırılması da Turizm Agentliyinin əsas prioritetlərindən biridir.
"Qloballaşan, sənayeləşən bir dövrdə dağ şəraitində yaşamaq çətinləşir, insanlar daha rahat həyat üçün şəhərlərə üz tuturlar. Bu təbii bir prosesdir və dünyanın hər yerində belədir. Odur ki, Dövlət Turizm Agentliyi olaraq Xınalıq kimi dağlıq ərazilərin bərpasına dəstək oluruq ki, insanlar belə yerlərdə yaşamağa, işləməyə həvəsli olsunlar"
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: