“PashaPay” “Azəriqaz”la əməkdaşlıq edəcək

“PashaPay” “Azəriqaz”la əməkdaşlıq edəcək
  10 Oktyabr 2024    Oxunub:822
10 oktyabr 2024-cü il tarixində “PashaPay” MMC ilə “Azəriqaz” İB arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi regionun ən böyük innovasiyalar tədbirlərindən biri olan “Inmerge İnnovasiya Sammiti”ndə dövlət və özəl tərəfdaşlığı çərçivəsində reallaşıb.
Memoranduma əsasən, “Azəriqaz” tərəfindən vətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin “m10” mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihə çərçivəsində “m10” mobil tətbiqində “Azəriqaz” İB müştərilərinin şəxsi kabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə və müraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsinin yaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimi müxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur. Habelə qaz təchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yarana biləcək sual və ya şikayətlərin dövlət və özəl tərəfdaşlığı çərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdə saxlanılacaq.
Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyata keçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir və müasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti