Mərasim zamanı çıxış edən ABŞ prezidenti Barak Obama Qəzza zolağı və İsraildə baş verənlər barədə danışıb: “Qəzza və İsraildə ürək parçalayan hadisələr baş verir. Amerikalıları orada baş verənlərə görə dərin təəssüf hissi keçirir. ABŞ-da Yaxın Şərqdə baş verənlərlə bağlı ciddi fikir ayrılıqları var ki, bu da ABŞ demokratiyasının bir parçasıdır. Bu bizi daha da güclü edir”.
ABŞ prezidenti Barak Obama o cümlədən, Misir hakimiyyətinin İsraiul və Fələstin arasında atəşkəsin təmin olunması üçün göstərdiyi fəaliyyəti dəstəklədiyini bildirib.
Eldar Tanrıverdiyev