Bu gün Beynəlxalq Qızlar günüdür

   Bu gün Beynəlxalq Qızlar günüdür
  11 Oktyabr 2024    Oxunub:1129
Bu gün Beynəlxalq Qızlar Günüdür. 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedir. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.

Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınıb.

Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.

Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınıb. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.

Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.
Azərbaycanlı qadınlar XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyə nail olublar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.

Təsadüfi deyil ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirildi. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı.

Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Həmin konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Respublikada hökm sürən demokratik mühit qadınların istənilən sahədə inkişafı üçün əlverişli zəmin yaradır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: 11oktyabr   qızlargünü  





Xəbər lenti