"Azəriqaz"ın baş direktoru Şəmkirdə vətəndaşları qəbul edib

"Azəriqaz"ın baş direktoru Şəmkirdə vətəndaşları qəbul edib
  11 Oktyabr 2024    Oxunub:835
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü keçirilib.
Qurumdan AzVision.az -a verilən məlumata görə, görüş Şəmkir rayonunda keçirilib.

Birlik rəhbəri Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan qəbula üz tutan 24 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
AzVision.az

Qalereya




Teqlər: Azəriqaz  





Xəbər lenti